Logo
    main-post-cover

    Samsung artıq Galaxy S24 FE üzərində çalışır

    Cihazlar+
    01.03.2024
    Emil
         Samsung keçən ilin oktyabr ayında Galaxy S23 FE smartfonunu təqdim etmişdi. İndi isə şirkət onun davamçısı üzərində çalışır. Söhbət, Galaxy S24 FE-dən gedir. İnsayderlərin vermiş olduqları məlumata əsasən Galaxy S24 FE smartfonu 6.1 düym AMOLED ekranla təchiz olunacaq və çox güman ki, Exynos prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı məlumatda qeyd edilib ki, smartfonun özündə 12 GB RAM-ı, 128/256 GB daxili yaddaş həcmini və 4500 mAh enerji tutumlu batareyanı birləşdirəcəyi gözlənilir. Galaxy S24 FE-ni yaxın zamanda gözləmək lazım deyil. Çox güman ki, smartfon payız fəslində təqdim olunacaq.
    Paylaş