Logo
    main-post-cover

    Samsung biləyə taxıla bilən smartfon konseptini sərgiləyib

    Cihazlar+
    27.02.2024
         Samsung şirkətinin Samsung Display şöbəsi MWC 2024 sərgisi çərçivəsində Cling Band adlı qeyri-adi smartfon konseptini sərgiləyib. Sərgilənmiş konseptin xüsusi konstruksiyası və elastiki OLED ekranı bu smartfonu biləkdə qolbaq kimi gəzdirməyə imkan verirlər. Şirkət bildirib ki, Cling Band-ı həm smartfon həm də smart saat qismində istifadə etmək olar. Cihazın ön panelində elastiki OLED ekran, arxa panelində isə kamera yerləşir. Cihazın aşağı hissəsində isə USB-C girişi ilə səsgücləndiricilər yerləşirlər. Cihazın qatlanmasına OLED ekranla yanaşı onun konstruksiyasındakı xüsusi arxa panel də şərait yaradır. Bu cür konseptin kommersiya məqsədli versiyasının nə vaxtsa hazırlanıb-hazırlanmayacağı bilinmir.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Samsung biləyə taxıla bilən smartfon konseptini sərgiləyib | Technote