
Samsung birinci nəsil Galaxy Fold-un dəstəyini dayandırıb
Cihazlar+
13.11.2023
Emil
Samsung şirkəti qatlana bilən Galaxy Fold smartfonunun dəstəyini dayandırdığını elan edib. Bir neçə gün bundan öncə sözügedən smartfon son sistem yenilənməsini əldə etdi. Yenilənmə özündə həmçinin noyabr ayının təhlükəsizlik yenilənməsini də birləşdirir. Beləliklə bundan sonra Galaxy Fold üçün heç bir sistem yenilənməsi təqdim olunmayacaq. Qeyd etmək lazımdır ki, Galaxy Fold 2019-cu ildə satışa çıxmışdı və smartfon qutudan Android 9 əməliyyat sistemi vasitəsilə çalışırdı. Həmin vaxtdan Galaxy Fold Android 10, Android 11 və Android 12 əməliyyat sistemlərini əldə etdi. Android 12-dən sonra isə smartfon yalnız təhlükəsizlik yenilənmələrini əldə edirdi.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
