Logo
    main-post-cover

    Samsung bu il 3 ekrana sahib yeni növ qatlana bilən smartfon təqdim edə bilər

    Cihazlar+
    27.03.2023
    Emil
        İnsayderlər Samsung ilə bağlı maraqlı bir məlumatı təqdim ediblər. Belə ki, insayderlərin sözlərinə şirkət Tri-fold adlı form faktora sahib yeni qatlana bilən smartfon üzərində çalışır. Qeyd etmək lazımdır ki, Tri-fold 3 ekrana sahib qatlana bilən smartfondur. Faktiki olaraq bu, bir ədəd böyük ekrana sahib cihazdır. Sadəcə olaraq bu cür cihazın ekranı üç hissəyə bölünüb. İnsayderlər bildiriblər ki, Samsung 3 ekranlı qatlana bilən smartfonunu artıq bu il təqdim edə bilər. Yanvar ayında keçirilmiş CES 2023 sərgisi çərçivəsində Samsung Display üç hissəyə bölünmüş xüsusi ekran növlərini sərgiləmişdi.
        Lakin sərgidə təqdim edilmiş yeni növ ekran texnologiyaları sadəcə prototip idilər. Buna görə də Samsung-un bu il bu cür smartfonu təqdim edəcəyi barəsində dəqiq bir məlumat yoxdur. Bu səbəbdən sözügedən məlumata bir qədər şübhə ilə yanaşmaq lazımdır. Bundan əlavə olaraq insayderlər Galaxy S FE seriyasının gələcəyi barəsində də məlumat veriblər. Onlar qeyd ediblər ki, bu il Galaxy S23 FE-ni gözləmək lazım deyil. Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə bəzi nüfuzlu mənbələr də qeyd etmişdilər ki, Samsung bu il Galaxy S23 FE modelini təqdim etməyəcək.
    Paylaş
    Bənzər xəbərlər