main-post-cover

    Samsung bu il büdcəli Galaxy Z Fold smartfonunu təqdim edə bilər

    Cihazlar+
    23.01.2024
    Emil Nəcəfov
         Samsung keçən həftə Galaxy S24 smartfon seriyasını təqdim etdi. Şirkətin növbəti böyük təqdimat tədbiri yay fəslində baş tutmalıdır. Belə ki, Samsung adətən yayda öz yeni qatlana bilən smartfonlarını təqdim edir. Bu il şirkət qatlana bilən Galaxy Z Fold 6Z Flip 6 smartfonlarını təqdim etməlidir. Lakin The Elec saytının vermiş olduğu məlumata əsasən Samsung-un təqdim edəcəyi qatlana bilən smartfonlar arasında təkcə adları sadalanmış bu smartfonlar olmayacaq. Belə ki, məlumata əsasən şirkət aktiv şəkildə büdcəli Galaxy Z Fold modeli üzərində çalışır. Çox güman ki, büdcəli Galaxy Z Fold modeli daha aşağı performanslı prosessor vasitəsilə çalışacaq və Galaxy Z Fold seriyasının daha flaqman modellərinin bəzi funksiyalarından məhrum olacaq. Bununla belə büdcəli Galaxy Z Fold modeli 800-1000$ qiymətində satışa çıxa bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung Galaxy Ring adlı smart üzüyün bəzi özəllikləri açıqlanıb
    samsung-galaxy-ring-adli-smart-uzuyun-bezi-ozellikleri-aciqlanib
    Samsung Galaxy Tab Active 5 planşetinin nə zaman və hansı qiymətə satışa çıxacağı açıqlanıb
    samsung-galaxy-tab-active-5-plansetinin-ne-zaman-ve-hansi-qiymete-satisa-cixacagi-aciqlanib
    Samsung Galaxy Buds 3 Pro naqilsiz qulaqlığı üzərində çalışır
    samsung-galaxy-buds-3-pro-naqilsiz-qulaqligi-uzerinde-calisir
    Samsung artıq Exynos 2500 prosessoru üzərində çalışır
    samsung-artiq-exynos-2500-prosessoru-uzerinde-calisir
    OneUI 6.1-i əldə edəcək Samsung cihazlarının siyahısı ortaya çıxıb
    oneui-61-i-elde-edecek-samsung-cihazlarinin-siyahisi-ortaya-cixib