
Samsung bu ilin üçüncü Galaxy Unpacked təqdimat tədbirini keçirəcək
Cihazlar+
23.07.2024
Emil
Samsung bir neçə müddət bundan öncə bu ilin ikinci Galaxy Unpacked tədbirini keçirdi və həmin tədbir çərçivəsində Galaxy Z Fold 6 və Z Flip 6 smartfonları, Galaxy Ring smart üzüyü, Galaxy Watch 7 və Watch Ultra smart saatları və eləcə də Galaxy Buds 3 və Buds 3 Pro naqilsiz qulaqlıqları təqdim edildi. Görünür, Samsung bu il ərzində üçüncü Galaxy Unpacked tədbirini keçirtmək niyyətindədir. Bu barədə məlumatı Ice Universe ləqəbli məşhur insayder təqdim edib.
Onun sözlərinə əsasən əgər heç bir dəyişiklik olmasa, üçüncü Galaxy Unpacked tədbiri oktyabr ayında baş tutacaq. Gözləntilərə əsasən Samsung şirkəti üçüncü Galaxy Unpacked tədbiri çərçivəsində nazik gövdəyə sahib Galaxy Z Fold 6 Slim smartfonunu və Galaxy Tab S10 planşet seriyasını təqdim edəcək. Bəzi məlumatlara əsasən Galaxy Z Fold 6 Slim smartfonu nazik gövdə ilə yanaşı titan materialdan hazırlanmış gövdə ətrafı çərçivələri əldə edəcək. Üstəlik sözügedən smartfonun 8 düym ölçülü daxili ekrana və 6 düym ölçülü xarici ekrana sahib olacağı gözlənilir.
Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
