
Samsung büdcəli Galaxy A16 və Galaxy A06 smartfonları üzərində çalışır
Cihazlar+
06.06.2024
Emil
Samsung şirkəti Galaxy A seriyasının yeni büdcəli smartfonları üzərində çalışır. Söhbət, Galaxy A16 və Galaxy A06 smartfonlarından gedir. Bu smartfonlar hal-hazırda aktual olan Galaxy A15 və Galaxy A05 modellərinin davamçıları olacaqlar. Məlumatda qeyd edilib ki, şirkət hal-hazırda Galaxy A16-nın SM-A166B model nömrəsinə sahib 5G versiyasını test edir. 5G şəbəkələri getdikcə daha da məşhurlaşdıqları səbəbilə Samsung çox güman ki, sözügedən smartfonun yalnız 5G versiyasını satışa çıxaracaq.
Galaxy A06-ya gəldikdə isə məlumata əsasən şirkət onun SM-A065M model nömrəsinə sahib 4G versiyasını test edir. Məlumatda qeyd edilib ki, Galaxy A06 smartfonu yalnız 4G versiyada satışa çıxacaq. Bu smartfonların texniki özəllikləri barəsində hələ heç bir məlumat yoxdur. Qeyd etmək lazımdır ki, Galaxy A05 modeli keçən ilin sentyabr ayında, Galaxy A15 modeli isə dekabr ayında anons edilmişdi. Çox güman ki, Galaxy A06 və Galaxy A16 smartfonları da bu il eyni aylarda təqdim olunacaqlar.
Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
