
Samsung büdcəli Galaxy F14 5G smartfonunun təqdimatını anons edib
Cihazlar+
17.03.2023
Emil
Bir neçə müddət ərzində olmuş məlumat sızıntılarından sonra Samsung şirkəti növbəti büdcəli smartfonunun təqdimat tarixini elan edib. Söhbət, Galaxy F14 5G-dən gedir. Beləliklə verilmiş rəsmi məlumata əsasən sözügedən smartfon 24 mart tarixində təqdim ediləcək. Təqdimat Hindistanda baş tutacaq. Galaxy F14 5G smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli LCD ekran, 4/6 GB RAM, 64/128 GB daxili yaddaş həcmi və 6000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

James Webb öz ilk ekzoplanetini kəşf edib və onun fotosunu çəkib
