Logo
    main-post-cover

    Samsung büdcəli qatlana bilən smartfon üzərində çalışmır

    Cihazlar+
    15.11.2023
    Emil
         Bir neçə gün bundan öncə məlumat ortaya çıxmışdı ki, Samsung şirkəti büdcəli qatlana bilən smartfon üzərində çalışır və o, 2024-cü ildə satışa çıxacaq. Bununla yanaşı məlumatda qeyd edilmişdi ki, büdcəli qatlana bilən smartfon Galaxy FE seriyasına daxil olacaq və 400-500$ qiymətində satılacaq. Samsung rəsmilərindən biri öz növbəsində bu məlumatı təkzib edərək qeyd edib ki, şirkət hal hazırda büdcəli qatlana bilən smartfon üzərində çalışmır.
         “Biz, büdcəli qatlana bilən smartfon hazırlamağı planlaşdırmırıq. Son günlərdə ortaya çıxan məlumat əsassızdır” - deyə Samsung rəsmisi qeyd edib. Hal hazırda Samsung-un qatlana bilən smartfonlarının qiymətləri ildən-ilə artmaqda davam edir. Çox güman ki, gələcəkdə qatlana bilən smartfonlar bazarındakı rəqabət səbəbilə Samsung məcbur şəkildə büdcəli qatlana bilən smartfonu hazırlayacaq.
    Paylaş