Samsung büdcəli smartfonlarının qutularına da şarj adapterini yerləşdirməkdən imtina etməyə başlayıb

Samsung büdcəli smartfonlarının qutularına da şarj adapterini yerləşdirməkdən imtina etməyə başlayıb

Mobil Cihazlar
21.03.2023 PAYLAŞIM

    7 il bundan öncə Apple şirkəti öz iPhone-larında naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi ləğv edən zaman digər smartfon istehsalçıları bu cür qərarı gülüşlə qarşıladılar. Lakin bir müddətdən sonra digər smartfon istehsalçıları da öz məhsullarında 3.5 mm-lik audiogirişi ləğv etməyə başladılar. İndi isə eyni hal şarj adapterlərini əhatə edir. Apple şirkətindən sonra digər şirkətlər də öz flaqman smartfonlarının qutularına şarj adapterlərinin yerləşdirilməsindən imtina etdilər.


    Lakin Samsung bu məsələdə daha da irəli gedərək artıq büdcəli smartfonlarının da qutularına şarj adapterinin yerləşdirilməsindən imtina etməyə başlayıb. İnsayderlərdən biri Samsung-un yeni büdcəli smartfonu olan Galaxy A14-ün qutusunun fotosunu təqdim edib. Məlumatda qeyd edilib ki, sözügedən smartfonun qutusunda şarj adapteri mövcud deyil. Qutunun ölçüsündən belə qənaətə gəlmək olar ki, onun daxilində smartfon və dokumentasiya ilə yanaşı sadəcə USB Type-C naqili mövcuddur. Maraqlısı ondadır ki, Çindən olan smartfon istehsalçıları büdcəli və orta büdcəli smartfonlarının qutularını hələ də şarj adapteri ilə təchiz edirlər. Bu ənənə hətta bəzi flaqman smartfonları da əhatə edir. 



DAHA ÇOX


Məşhur insayder OnePlus 12 flaqman smartfonu barəsində yeni məlumatlar verib..

Artıq məlumdur ki, OnePlus şirkəti hal hazırda OnePlus 12 flaqman smartfonu üzərində çalışır...


Büdcəli Redmi 12-nin render fotoları ortaya çıxıb

Redmi brendi Avropa bazarında Redmi 12 adlı yeni büdcəli smartfonunu satışa çıxartmağa hazırlaşır...


Samsung Galaxy Z Flip 5-in texniki özəllikləri insayderlər tərəfindən təsdiqləni..

Samsung-un yeni qatlana bilən smartfonları olacaq Galaxy Z Fold 5 ilə Z Flip 5 barəsində məlumatlar ..


Galaxy Z Fold 5 ilə Z Flip 5-in nə zaman təqdim olunacağı Samsung tərəfindən təs..

Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Samsung şirkəti öz yeni qatlana bilən s..


Qatlana bilən Honor Magic V2 smartfonu təqdimata hazırlaşır

2 ay bundan öncə Honor şirkəti Honor Magic Vs adlı qatlana bilən smartfonunu təqdim etmişdi. ..


AnTuTu istifadəçilərin seçimləri əsasında may ayının ən yaxşı Android smartfonla..

AnTuTu bençmarkı istifadəçilərin seçimləri əsasında may ayının ən yaxşı Android smartfonlarının reyt..

×