
Samsung C55 5G smartfonu Geekbench testlərindən keçib
Cihazlar+
16.04.2024
Farid
Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Samsung şirkəti Galaxy C55 5G smartfonu vasitəsilə Galaxy C seriyasını yenidən geri qaytaracaq. İndi isə məlum olub ki, Galaxy C55 5G smartfonu Geekbench testlərindən keçib. Bunun sayəsində smartfon barəsində bəzi təfərrüatlar məlum olub. Beləliklə Geekbench məlumatlarına əsasən Galaxy C55 5G smartfonu Snapdragon 7 Gen 1 prosessoru vasitəsilə çalışacaq. Smartfon özündə 8 GB RAM-ı birləşdirəcək. Lakin Galaxy C55 5G-nin 6 GB RAM-a sahib versiyasının da olacağı gözlənilir. Bununla yanaşı Geekbench sayəsində məlum olub ki, Galaxy C55 5G qutudan Android 14-ü əldə edəcək. Smartfon Geekbench-in bir nüvəli testi çərçivəsində 1026 xal, çox nüvəli testi çərçivəsində isə 2384 xal toplayıb. Smartfonun yaxın zamanda təqdim olunacağı gözlənilir.

Paylaş
Ən çox oxunanlar

15 000-dən çox şagird Milli Hakatonun seçim mərhələsində iştirak edib.
