Logo
    main-post-cover

    Samsung CES 2026-da 130 düymlük Micro RGB televizor konseptini təqdim etdi

    Cihazlar+
    05.01.2026
    Sevinc
        Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Samsung CES 2026 sərgisində süni intellekt mövzusunda saysız-hesabsız təqdimatlar arasında tamaşaçıları heyrətə salan bir sürprizlə çıxış edib. Şirkət 130 düymlük nəhəng Micro RGB televizorunu nümayiş etdirdi. Ölçüsü o qədər böyükdür ki, ekran xüsusi metal konstruksiya üzərində asılıb və bu konstruksiya həm də televizorun azca əyilməsinə imkan verir. Samsung-un nümayəndələri bunun 2013-cü ildə təqdim etdiyi “Timeless Gallery” stendinin yenidən düşünülmüş versiyası olduğunu bildiriblər.
        Televizoru canlı görənlər üçün bu model sadəcə ekran deyil, sanki otağın mərkəzinə yerləşdirilmiş texnoloji instalyasiyadır. LG-nin oxşar həlləri kimi, bu model də Mini LED texnologiyasının təkmilləşdirilmiş forması olan Micro RGB istifadə edir. Nəticə olaraq rəng dəqiqliyi, kontrast və görüntü dərinliyi klassik Mini LED panellərlə müqayisədə xeyli üstündür. Samsung-un CES First Look tədbirində bu ekranın qarşısında dayanan insanların heyrət dolu baxışları bunu açıq şəkildə göstərirdi.
        Samsung açıq şəkildə vurğuladı ki, 130 düymlük Micro RGB TV hazırda yalnız konseptdir və satışa çıxarılması planlaşdırılmır. Şirkət eyni ekranı bir başqa demoda birbaşa divara montaj edilmiş formada da nümayiş etdirdi. Maraqlı detal ondan ibarətdir ki, “Timeless Gallery” stendi təkcə dizayn elementi deyil, həm də səs sisteminin bir hissəsidir. Yəni divara quraşdırılma zamanı bütün stend komplekt şəkildə montaj olunmalıdır.
        Texniki detallara gəldikdə isə Samsung çox dərinə getməsə də, televizorun Micro RGB AI Engine Pro prosessoru ilə işlədiyini açıqladı. Bu sistemə “Micro RGB Color Booster Pro” və “Micro RGB HDR Pro” daxildir. Süni intellekt alqoritmləri sayəsində solğun tonlar gücləndirilir, işıqlı və qaranlıq səhnələrdə kontrast daha incə şəkildə tənzimlənir. Bundan əlavə, ekran Glare Free texnologiyası ilə əks olunmaları azaldır, HDR10+ Advanced, Eclipsa Audio, Vision AI Companion, eləcə də Microsoft CopilotPerplexity inteqrasiyalarını dəstəkləyir.
    Paylaş