Logo
    main-post-cover

    Samsung Galaxy A05 barəsində növbəti məlumatlar ortaya çıxıb

    Cihazlar+
    22.09.2023
    Emil
        Samsung şirkətinin Galaxy A seriyasına daxil olacaq yeni smartfon barəsində məlumatlar ortaya çıxmağa davam edirlər. Söhbət, Samsung Galaxy A05 smartfonundan gedir. Ortaya çıxmış yeni məlumatlara əsasən Galaxy A05 smartfonu 6.7 düym LCD ekranla təchiz olunacaq. Smartfon MediaTek Helio G85 prosessoru vasitəsilə çalışacaq və özündə 4/6 GB RAM ilə 64/128 GB daxili yaddaş həcmini birləşdirəcək. Kameralar mövzusunda Galaxy A05 smartfonu 50 MP + 2 MP ikili arxa kameraya və 8 MP-lik ön kameraya sahib olacaq. Bununla yanaşı smartfon 25 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı və kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipini əldə edəcək. Galaxy A05-in yaxın zamanda təqdim olunacağı gözlənilir.
    Paylaş
    Bənzər xəbərlər