
Samsung Galaxy A05-in real fotoları və bəzi texniki göstəriciləri ortaya çıxıb
Hələ təqdim olunmamış Samsung Galaxy A05 smartfonu Google Play Console servisinin məlumatlar bazasında aşkar edilib. Bunun sayəsində sözügedən smartfonun ilk real fotoları ortaya çıxıb və onun bəzi texniki göstəriciləri məlum olub. Ortaya çıxmış real fotolara əsasən Galaxy A05 smartfonu Galaxy A seriyasına xas olan dizaynı əldə edəcək. Fotolardan da görmək olar ki, smartfonun ekranı üzərində ön kamera üçün damcı formalı çıxıntı hissə, arxa panelində isə iki ədəd kamera obyektivi yerləşəcək. Texniki göstəricilərə gəldikdə isə məlumatda qeyd edilib ki, Galaxy A05 smartfonu 1600x720 piksel keyfiyyətli ekran, MediaTek Helio G85 prosessoru, 4 GB RAM ilə təchiz olunacaq və Android 13 vasitəsilə çalışacaq. Galaxy A05-in nə zaman təqdim olunacağı bilinmir.
Paylaş
Bənzər xəbərlər