main-post-cover

    Samsung Galaxy A05-in reklam materialları təqdim edilib

    Mobil Cihazlar
    21.09.2023
    Emil Noisy
        Biz artıq bir neçə dəfə xəbər vermişik ki, Samsung şirkəti Galaxy A05 adlı yeni büdcəli smartfon üzərində çalışır. İndi isə internetdə sözügedən smartfonun rəsmi reklam materialları ortaya çıxıb. Reklam materiallarına əsasən Galaxy A05 bazara minimum 3 gövdə rəngində satışa çıxacaq. Qara, ağ və yaşıl. Smartfon yastı ekran ilə təchiz olunacaq və ekranın yuxarı mərkəz hissəsində damcı formalı çıxıntı yerləşəcək.
        Arxa paneldə isə iki ədəd kamera obyektivi yerləşəcək. Onlardan biri 50 MP-lik, digəri isə 2 MP-lik olacaq. Smartfonun ön kamerası isə 8 MP-lik olacaq. Son məlumat sızıntılarına əsasən Galaxy A05 smartfonu MediaTek Helio prosessoru vasitəsilə çalışacaq və özündə 6.7 düym ekran ilə 25 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Galaxy A05-in yaxın zamanda təqdim olunacağı gözlənilir.
    Linki kopyala
    © 2015-2023 Technote MMC