
Samsung Galaxy A05 smartfonu AnTuTu testindən keçib
Cihazlar+
04.09.2023
Emil
Samsung hal hazırda Galaxy A smartfon seriyasının növbəti modelini təqdim etməyə hazırlaşır. Söhbət, Galaxy A05-dən gedir. Keçən həftə sözügedən smartfonun real fotoları və bəzi texniki göstəriciləri ortaya çıxmışdı. İndi isə məlum olub ki, Galaxy A05 smartfonu AnTuTu 9 bençmarkının testindən keçib. Smartfon AnTuTu 9 bençmarkında 240 000 xal toplayıb. Qeyd etmək lazımdır ki, Galaxy A05 smartfonu MediaTek Helio G85 prosessoru vasitəsilə çalışacaq. Müqayisə üçün, Galaxy A04-də istifadə edilən Helio P35 prosessoru AnTuTu testində 2 dəfə daha az xal toplayır.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Süni zəka qlobal pandemiya riskini artıra bilər
