Logo
    main-post-cover

    Samsung Galaxy A05 smartfonu təqdim edilib

    Cihazlar+
    25.09.2023
    Emil
        Samsung şirkəti Galaxy A05s ilə yanaşı həmçinin Galaxy A05-i də təqdim edib. Bu model Galaxy A05s-in daha sadələşdirilmiş versiyasıdır. Beləliklə Galaxy A05 smartfonu HD+ keyfiyyətli 6.7 düym PLS LCD ekranla təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün damcı formalı çıxıntı yerləşdirilib. Smartfonda barmaq izi skanı texnologiyası mövcud deyil. Əsas texniki göstəricilərə gəldikdə isə Galaxy A05 smartfonu MediaTek Helio G85 prosessoru, 6 GB RAM, 128 GB daxili yaddaş həcmi, 50 MP + 2 MP ikili arxa kamera, 8 MP-lik ön kamera və 25 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Samsung Galaxy A05s-də olduğu kimi Galaxy A05-in də satış qiyməti barəsində də məlumatı hələ təqdim etməyib.
    Paylaş
    Bənzər xəbərlər