
Samsung Galaxy A05s-i uzun müddət ərzində software dəstəyi ilə təmin etməyi planlaşdırır
Samsung bir neçə müddət bundan öncə Galaxy A05s smartfonunu təqdim etmişdi. Verilmiş yeni məlumata əsasən isə şirkət sözügedən smartfonu 4 il ərzində software dəstəyi ilə təmin etməyi planlaşdırır. Çox güman ki, söhbət, 2-3 il ərzində olacaq Android yenilənməsindən və 4 il ərzində olacaq təhlükəsizlik yenilənmələrindən gedir. Qeyd etmək lazımdır ki, Galaxy A05s smartfonu Android 13 vasitəsilə çalışır. Ortaya çıxmış məlumat doğru olsa, deməli smartfon Android 14-ü, Android 15-i və hətta Android 16-nı əldə edə bilər.
Paylaş