
Samsung Galaxy A05s-in texniki göstəriciləri ortaya çıxıb
Biraz əvvəl biz, Samsung Galaxy A05 smartfonunun ortaya çıxmış texniki göstəriciləri barəsində məlumat verdik. İndi isə məlum olub ki, Galaxy A seriyasına daxil olacaq daha bir smartfonun texniki göstəriciləri ortaya çıxıb. Söhbət, Galaxy A05s-dən gedir. Ortaya çıxmış məlumatlara əsasən Galaxy A05s smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib 6.7 düym ekranla təchiz olunacaq. Smartfon Snapdragon 680 prosessoru vasitəsilə çalışacaq və özündə 50 MP + 2 MP + 2 MP üçlü arxa kameranı birləşdirəcək. Digər bütün özəlliklər baxımından Galaxy A05s modeli Galaxy A05-in kopyası olmalıdır. Galaxy A05s-in nə zaman təqdim olunacağı bilinmir.
Paylaş
Bənzər xəbərlər