main-post-cover

    Samsung Galaxy A13 5G və Galaxy M33 5G smartfonları OneUI 6.1-i əldə etməyə başlayıblar

    Cihazlar+
    04.06.2024
    Emil Nəcəfov
         Samsung şirkəti Galaxy AGalaxy M seriyasının smartfonlarında OneUI 6.1 istifadəçi interfeysini istifadəyə verməyə davam edir. Bu dəfə növbə Galaxy A13 5G Galaxy M33 5G smartfonlarına çatıb. Beləliklə Galaxy A13 5G smartfonu üçün istifadəçi interfeysi A136BXXU7DXE2 nömrəsi altında təqdim edilib və onun həcmi 1.5 GB təşkil edir. OneUI 6.1 bu smartfonun Avropa ölkələrindəki istifadəçilər üçün tədricən istifadəyə verilir. Lakin yaxın zamanda sistem yenilənməsi Galaxy A13 5G-nin bütün istifadəçiləri üçün aktiv olacaq.
         Onu da qeyd etmək lazımdır ki, Galaxy A13 5G üçün nəzərdə tutulmuş OneUI 6.1 özündə həmçinin Google şirkətinin may ayı üzrə təhlükəsizlik yenilənməsini də birləşdirir. Galaxy M33 5G smartfonuna gəldikdə isə onun üçün OneUI 6.1 istifadəçi interfeysi M336BUXXU7EXE1 nömrəsi altında təqdim edilib və onun həcmi 2.1 GB təşkil edir. Sistem yenilənməsi bu smartfonun ilk növbədə Hindistandakı istifadəçiləri üçün təqdim edilib. Lakin yaxın zamanda sistem yenilənməsi Galaxy M33 5G-nin bütün istifadəçiləri üçün aktiv olacaq. Bu smartfonlarda OneUI 6.1 çərçivəsində Galaxy AI ekosisteminin süni zəka funksiyalarının dəstəkləri reallaşdırılmayıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung artıq qatlana bilən smartfonlar bazarının lideri deyil
    samsung-artiq-qatlana-bilen-smartfonlar-bazarinin-lideri-deyil
    Samsung Galaxy Watch smart saatlarında bəzi süni zəka funksiyaları gələcəkdə ödənişli olacaq
    samsung-galaxy-watch-smart-saatlarinda-bezi-suni-zeka-funksiyalari-gelecekde-odenisli-olacaq
    Samsung Galaxy M54 və Galaxy F14 5G smartfonları OneUI 6.1-i əldə etməyə başlayıblar
    samsung-galaxy-m54-ve-galaxy-f14-5g-smartfonlari-oneui-61-i-elde-etmeye-baslayiblar
    Samsung Galaxy M23 və Galaxy M34 smartfonları OneUI 6.1-i əldə etməyə başlayıblar
    samsung-galaxy-m23-ve-galaxy-m34-smartfonlari-oneui-61-i-elde-etmeye-baslayiblar
    Samsung Galaxy A23 və Galaxy A72 smartfonları OneUI 6.1-i əldə etməyə başlayıblar
    samsung-galaxy-a23-ve-galaxy-a72-smartfonlari-oneui-61-i-elde-etmeye-baslayiblar