Logo
    main-post-cover

    Samsung Galaxy A14 4G smartfonu təqdim edilib

    Cihazlar+
    27.02.2023
    Emil
        Keçən ay Samsung şirkəti Galaxy A14 5G smartfonunu təqdim etmişdi. İndi isə onun 4G versiyası təqdim edilib. Xarici görünüşcə smartfonlar bir-birilərinə bənzəsələr də, Galaxy A14 4G bəzi texniki özəlliklər baxımından fərqlənir. Beləliklə Galaxy A14 4G smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib 2408x1080 piksel keyfiyyətli 6.6 düym LCD ekran ilə təchiz olunub. Ekranın yuxarı mərkəz hisssində ön kamera üçün nəzərdə tutulmuş damcı formalı çıxıntı yerləşdirilib.
        Əsas texniki göstəricilərə gəldikdə isə Galaxy A14 4G modeli MediaTek Helio G80 prosessoru, 6 GB RAM, 128 GB daxili yaddaş həcmi (1 TB-a kimi microSD dəstəkli), 50 MP + 5 MP + 2 MP üçlü arxa kamera, 13 MP-lik ön kamera və 15 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Galaxy A14 4G həmçinin özündə kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi və naqilli qulaqlıqlar üçün olan 3.5 mm-lik audiogirişi birləşdirir. Smartfon Malayziyada satışa çıxacaq. Lakin onun digər regionlarda satışa çıxacağı istisna edilmir. Galaxy A14 4G-nin satış qiyməti barəsində isə məlumat verilməyib.
    Paylaş
    Bənzər xəbərlər