
Samsung Galaxy A15 5G barəsində məlumatlar Walmart-ın saytında ortaya çıxıb
Cihazlar+
27.11.2023
Emil
Artıq məlumdur ki, Samsung şirkəti Galaxy A15 5G adlı yeni büdcəli smartfonunun təqdimatına hazırlaşır. Məlum olub ki, sözügedən yeni smartfon ilə bağlı səhifə Walmart mağazalar şəbəkəsinin saytında ortaya çıxıb. Səhifədə isə smartfonun bəzi texniki göstəriciləri əks olunub. Beləliklə Walmart-dakı səhifədə qeyd edilmiş məlumata əsasən Galaxy A15 5G smartfonu MediaTek prosessoru vasitəsilə çalışacaq. Lakin söhbətin hansı model MediaTek prosessorundan getdiyi bilinmir. Daha öncəki məlumat sızıntılarında qeyd edilirdi ki, smartfon Dimensity 6100+ prosessoruna sahib olacaq. Bununla yanaşı Walmart saytında qeyd edilib ki, Galaxy A15 5G 6.5 düym ekran, 4 GB RAM, 50 MP-lik əsas arxa kamera, 13 MP-lik ön kamera və 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
