Logo
    main-post-cover

    Samsung Galaxy A15-in 5G versiyası barəsində yeni məlumatlar verilib

    Cihazlar+
    26.10.2023
    Emil
         Artıq məlumdur ki, Samsung şirkəti Galaxy A15 adlı yeni büdcəli smartfon üzərində çalışır. Dünən məlumat ortaya çıxdı ki, sözügedən smartfon iki versiyada təqdim olunacaq onlardan biri 4G dəstəyinə, digəri isə 5G dəstəyinə sahib olacaq. İndi isə insayderlər smartfonun 5G dəstəkli versiyasının texniki özəllikləri barəsində məlumatları təqdim ediblər. Beləliklə insayderlərin sözlərinə əsasən Samsung smartfona LCD ekran əvəzinə OLED ekran quraşdırmağa qərar verib.
         Söhbət, 90 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.4 və ya 6.5 düym ekrandan gedir. Bunun olacağı halda Galaxy A15 smartfonu Samsung-un OLED ekranlı ilk büdcəli smartfonu olacaq. Bundan əlavə olaraq məlumatda qeyd edilib ki, Galaxy A15 ya MediaTek Helio G99 ya da Exynos 1430 prosessoru vasitəsilə çalışacaq və özündə 25 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Qeyd etmək lazımdır ki, Galaxy A15-in gələn ilin əvvəlində təqdim olunacağı gözlənilir.
    Paylaş