
Samsung Galaxy A15-in detallı render fotoları təqdim edilib
Samsung şirkətinin yaxın zamanda Galaxy A15 adlı yeni büdcəli smartfonunu təqdim edəcəyi gözlənilir. Sözügedən smartfonun mütəmadi olaraq müxtəlif fotoları ortaya çıxır. İndi isə insayderlər Galaxy A15-in detallı render fotolarını təqdim ediblər. Fotolardan da görmək olar ki, Galaxy A14-dən fərqli olaraq Galaxy A15 modeli yastı kənar hissələrə sahib gövdəni əldə edəcək. Ekran üzərindəki damcı formalı çıxıntını saymasaq,

Galaxy A15-in dizaynı gələn ilin əvvəlində təqdim olunacaq Galaxy S24-ün dizaynına bənzəyir. Lakin Galaxy S24-dən fərqli olaraq Galaxy A15 ön paneldən olduqca qalın ekran ətrafı çərçivəni əldə edəcək. Son məlumat sızıntılarına əsasən Galaxy A15 smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.5 düym ekran, MediaTek Dimensity 6100 prosessoru, 50 MP + 5 MP + 2 MP üçlü arxa kamera, 13 MP-lik ön kamera və 25 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.


Paylaş