
Samsung Galaxy A15-in render fotoları təqdim edilib
Cihazlar+
21.09.2023
Emil
OnLeaks ləqəbli məşhur insayder Samsung Galaxy A seriyasının yeni smartfonunun növbəti render fotolarını təqdim edib. Söhbət, Galaxy A15-dən gedir. Təqdim edilmiş render fotolardan görmək olar ki, arxa paneldən Galaxy A15 smartfonu Galaxy S23-ü xatırladacaq. Smartfon yastı ekrana sahib olacaq və ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşəcək. İnsayder bildirib ki, Galaxy A15 smartfonu 6.4 düym ekranla təchiz olunacaq. Arxa paneldə isə 3 ədəd kamera obyektivi yerləşəcək. Bundan əlavə olaraq smartfon özündə naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirəcək. Galaxy A15-in nə zaman təqdim olunacağı bilinmir.



Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
