Logo
    main-post-cover

    Samsung Galaxy A15-in yeni render fotosu ortaya çıxıb

    Cihazlar+
    29.09.2023
    Emil
        Samsung şirkəti hal hazırda Galaxy A seriyasının növbəti büdcəli modeli üzərində çalışır. Söhbət, Galaxy A15-dən gedir. İndi isə internetdə bu smartfonun yeni render fotosu ortaya çıxıb. Ortaya çıxmış render fotodan da görmək olar ki, Galaxy A15 smartfonu üçlü arxa kameraya sahib olacaq. Son məlumat sızıntılarına əsasən sözügedən smartfon 6.4 düym ekranla təchiz olunacaq və özündə naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirəcək. Barmaq izi skanı texnologiyası isə yandırıb/söndürmə düyməsinə inteqrasiya ediləcək. Smartfon barəsində digər bir məlumat hələ yoxdur. Galaxy A15-in ya bu ilin sonuna kimi ya da gələn ilin əvvəlində təqdim olunacağı gözlənilir.
    Paylaş
    Bənzər xəbərlər