Logo
    main-post-cover

    Samsung Galaxy A15 smartfonu Geekbench testlərindən keçib

    Cihazlar+
    06.10.2023
    Emil
        Biz artıq xəbər vermişik ki, Samsung şirkəti hal hazırda Galaxy A15 adlı büdcəli smartfon üzərində çalışır. İndi isə məlum olub ki, sözügedən smartfon Geekbench testlərindən keçib. Geekbench testlərinə əsasən smartfon 2 GHz tezlikdə çalışan prosessoru əldə edəcək. Çox güman ki, söhbət, MediaTek Helio G99-dan gedir. Bununla yanaşı smartfon özündə 4 GB RAM-ı və Android 14 əməliyyat sistemini birləşdirəcək. Galaxy A15 Geekbench-in bir nüvəli testi çərçivəsində 743 xal, çox nüvəli testi çərçivəsində isə 2005 xal toplayıb. Gözləntilərə əsasən smartfon bu ilin sonuna kimi təqdim olunacaq.
    Paylaş
    Bənzər xəbərlər