main-post-cover

    Samsung Galaxy A15 təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    12.12.2023
    Emil Nəcəfov
         Uzun müddət ərzində olmuş müxtəlif məlumat sızıntılarından sonra Samsung şirkəti büdcəli Galaxy A15 smartfonunu təqdim edib. Bu yeni smartfon şirkətin qutudan OneUI 6.0 istifadəçi interfeysi vasitəsilə çalışan ən ucuz smartfonu olub. Galaxy A15 iki versiyada təqdim olunub. Onlardan biri 5G dəstəyinə, digəri isə yalnız 4G dəstəyinə sahibdir. Təqdim olunmuş versiyalar öz aralarında yalnız prosessor ilə fərqlənirlər. Belə ki, 5G dəstəkli versiya MediaTek Dimensity 6100+ prosessoru, 4G dəstəkli versiya isə MediaTek Helio G99 prosessoru vasitəsilə çalışır. Qalan bütün texniki göstəricilər baxımından versiyalar oxşardır.
         Beləliklə Galaxy A15 smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.5 düym Super AMOLED ekranla təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində isə ön kamera üçün damcı formalı çıxıntı yerləşdirilib. Ekranın maksimal parlaqlıq səviyyəsi 800 nit təşkiol edir. Smartfon özündə 8 GB RAM-ı, 128/256 GB daxili yaddaş həcmini, 50 MP + 5 MP + 2 MP üçlü arxa kameranı, 13 MP-lik ön kameranı və 25 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı birləşdirir. Galaxy A15-in 5G versiyası 260$-a, 4G versiyası isə 200$-a satılacaq. Smartfon yaxın zamanda satışa çıxacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung Galaxy M34 üçün Android 14 əsaslı OneUI 6.0-ın stabil versiyası istifadəyə verilib
    samsung-galaxy-m34-ucun-android-14-esasli-oneui-60-in-stabil-versiyasi-istifadeye-verilib
    Samsung Galaxy F34 üçün Android 14 əsaslı OneUI 6.0-ın stabil versiyası istifadəyə verilib
    samsung-galaxy-f34-ucun-android-14-esasli-oneui-60-in-stabil-versiyasi-istifadeye-verilib
    Samsung OneUI 6.1-i test etməyə başlayıb
    samsung-oneui-61-i-test-etmeye-baslayib
    Samsung Galaxy Fit 3 smart qolbağının nə zaman təqdim olunacağı barəsində məlumat verilib
    samsung-galaxy-fit-3-smart-qolbaginin-ne-zaman-teqdim-olunacagi-baresinde-melumat-verilib
    Samsung 8 yanvar tarixində Galaxy S24 smartfonlarındakı süni zəka funksiyalarından danışacaq
    samsung-8-yanvar-tarixinde-galaxy-s24-smartfonlarindaki-suni-zeka-funksiyalarindan-danisacaq