
Samsung Galaxy A16-nın nə zaman təqdim olunacağı açıqlanıb
Cihazlar+
14.08.2024
Emil
Artıq məlumdur ki, Samsung şirkəti Galaxy A16 adlı yeni büdcəli smartfonu üzərində çalışır. Biz bu barədə dəfələrlə məlumat vermişik. İndi isə Koreyanın ETNews saytı Galaxy A16-nın nə zaman təqdim olunacağı barəsində məlumat verib. Beləliklə verilmiş məlumata əsasən Samsung şirkəti Galaxy A16 smartfonunu bu ilin dekabr ayında təqdim etməyi planlaşdırır. Qeyd etmək lazımdır ki, bu yeni smartfonun MediaTek Dimensity 6300+ prosessoru vasitəsilə çalışacağı və özündə 4/6 GB RAM-ı birləşdirəcəyi gözlənilir. Bundan əlavə olaraq Galaxy A16 smartfonu 50 MP + 5 MP + 2 MP üçlü arxa kameranı, 13 MP-lik ön kameranı və 25 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı əldə etməlidir.
Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
