main-post-cover

    Samsung Galaxy A16 smartfonunun 3 gövdə rəngində fotosu ortaya çıxıb

    Cihazlar+
    30.09.2024
    Emil Nəcəfov
         Samsung şirkəti Galaxy A16 adlı yeni büdcəli smartfonunu təqdim etməyə hazırlaşır. İndi isə internetdə sözügedən smartfonun yeni fotosu ortaya çıxıb. Ortaya çıxmış fotoda smartfon 3 gövdə rəngində əks olunub. Black, Light Green Gray. Fotodan da görmək olar ki, Galaxy A16 smartfonu yastı gövdə və yastı ekran dizaynını əldə edəcək. Onun ekranı üzərində isə damcı formalı çıxıntı yerləşəcək. Smartfonun arxa panelində 3 ədəd kamera mövcud olacaq. Son məlumat sızıntılarına əsasən Galaxy A16 smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.7 düym ölçülü Super AMOLED ekranla təchiz olunacaq və satışa çıxacağı regiondan asılı olaraq ya Exynos 1330 prosessorunu ya da MediaTek Dimensity 6300 prosessorunu əldə edəcək. Bununla yanaşı Galaxy A16-nın 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung Galaxy S25 Ultra-nın maksimal RAM yaddaşı məlum olub
    samsung-galaxy-s25-ultra-nin-maksimal-ram-yaddasi-melum-olub
    Samsung Galaxy Tab S10+ və Tab S10 Ultra planşetləri təqdim olunub - QİYMƏTİ
    samsung-galaxy-tab-s10-ve-tab-s10-ultra-plansetleri-teqdim-olunub-qiymeti
    Samsung Galaxy S24 FE rəsmi şəkildə təqdim olunub - QİYMƏTİ
    samsung-galaxy-s24-fe-resmi-sekilde-teqdim-olunub-qiymeti
    Samsung Galaxy S24 FE-ni hər tərəfdən sərgiləyən yeni reklam videosu təqdim edilib
    samsung-galaxy-s24-fe-ni-her-terefden-sergileyen-yeni-reklam-videosu-teqdim-edilib
    Samsung Galaxy S25 Ultra ilk dəfə Geekbench testlərindən keçib
    samsung-galaxy-s25-ultra-ilk-defe-geekbench-testlerinden-kecib