Logo
    main-post-cover

    Samsung Galaxy A24 smartfonu təqdim edilib

    Cihazlar+
    20.04.2023
    Emil
        Samsung şirkəti Galaxy A seriyasının yeni smartfonu Galaxy A24-ü təqdim edib. Smartfon hələ ki, yalnız Vyetnamda təqdim edilib. Beləliklə Galaxy A24 smartfonu Full HD+ keyfiyyətli 6.5 düym AMOLED ekran ilə təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün damcı formalı çıxıntı yerləşdirilib. Ekranın maksimal parlaqlıq səviyyəsi 1000 nit təşkil edir. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Smartfon həmçinin naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişə də sahibdir.
        Galaxy A24 MediaTek Helio G99 prosessoru vasitəsilə çalışır və özündə 8 GB RAM ilə 128 GB daxili yaddaş həcmini (microSD dəstəkli) birləşdirir. Kameralara gəldikdə isə smartfon 50 MP + 5 MP + 2 MP ikili arxa kamera və 13 MP-lik ön kamera ilə təchiz olunub. Smartfon 25 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyaya sahibdir. Samsung Galaxy A24-ün nə zaman satışa çıxacağı və hansı qiymətə satılacağı barəsində məlumatları hələ təqdim etməyib.
    Paylaş
    Bənzər xəbərlər