Logo
    main-post-cover

    Samsung Galaxy A24-ün render fotoları və texniki özəllikləri təqdim edilib

    Cihazlar+
    07.04.2023
    Emil
        Artıq dəfələrlə məlumat ortaya çıxıb ki, Samsung hal hazırda Galaxy A24 smartfdonu üzərində çalışır. İndi isə The Tech Outlook saytı sözügedən yeni smartfonun render fotolarını və texniki özəlliklərini təqdim edib. Beləliklə təqdim edilmiş fotolardan belə qənaətə gəlmək olar ki, Galaxy A24 smartfonu bazarda minimum iki gövdə rəngində satışa çıxacaq. Qara və yaşıl. Smartfon 90 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.5 düym AMOLED ekran ilə təchiz olunacaq.
        Ekranın yuxarı hissəsində isə damcı formalı çıxıntı yerləşəcək. Məlumatda qeyd edilib ki, Galaxy A24 MediaTek Helio G99 prosessoru vasitəsilə çalışacaq və özündə 4 GB RAM-ı, 128 GB daxili yaddaş həcmini və 15 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Kameralara gəldikdə isə smartfon 50 MP + 5 MP + 2 MP üçlü arxa kameraya və 13 MP-lik ön kameraya sahib olacaq. Bəzi məlumatlara əsasən Galaxy A24 bu ay təqdim olunacaq.
    Paylaş
    Bənzər xəbərlər