Logo
    main-post-cover

    Samsung Galaxy A25 5G-nin fotoları və texniki imkanları təqdim edilib

    Cihazlar+
    05.12.2023
    Emil
         Samsung şirkətinin hal hazırda təqdimata hazırladığı smartfonlardan biri də Galaxy A25 5G-dir. İndi isə insayderlər sözügedən smartfonun texniki göstəricilərini və fotolarını təqdim ediblər. Beləliklə insayderlərin sözlərinə əsasən Galaxy A25 5G smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.5 düym Super AMOLED ekranla təchiz olunacaq və ekranın maksimal parlaqlıq səviyyəsi 1000 nit təşkil edəcək.
         Smartfon Exynos 1280 prosessoru vasitəsilə çalışacaq və özündə 6/8 GB RAM ilə 128/256 GB (1 TB-a kimi microSD dəstəkli) daxili yaddaş həcmini birləşdirəcək. Kameralara gəldikdə isə Galaxy A25 5G 50 MP + 8 MP + 2 MP üçlü arxa kameraya və 13 MP-lik ön kameraya sahib olacaq. Şirkət smartfona 25 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı quraşdıracaq. İnsayderlərin fikirlərinə əsasən Galaxy A25 5G smartfonu gələn ayın sonunda təqdim ediləcək.
    Paylaş