main-post-cover

    Samsung Galaxy A25 5G-nin satış qiymətləri açıqlanıb

    Cihazlar+
    21.11.2023
    Emil Nəcəfov
         İnternetdə Samsung Galaxy A25 5G smartfonu barəsində məlumatlar ortaya çıxmağa davam edir. Bu dəfə Roland Quandt adlı məşhur insayder təqdimata hazırlaşan bu smartfonun Avropadakı satış qiymətlərini açıqlayıb. İnsayder qeyd edib ki, Galaxy A25 5G smartfonu Avropada 6 GB RAM ilə 128/256 GB daxili yaddaşa sahib versiyada satışa çıxacaq. Onun sözlərinə əsasən smartfon Almaniyada 269-289 avro qiymətində satılacaq. İsveçrədə satış qiyməti 288 avro təşkil edəcək.
         İnsayder bildirib ki, satışlara 7 dekabrdan 18 dekabra kimi olan müddət aralığında start verilməlidir. Burdan da belə qənaətə gəlmək olar ki, Galaxy A25 5G böyük ehtimal ilə bu ayın sonunda təqdim olunacaq. Son məlumat sızıntılarına əsasən Galaxy A25 5G smartfonu Full HD+ keyfiyyətli 6.5 düym ekran, Exynos 1280 prosessoru, 50 MP + 8 MP + 2 MP üçlü arxa kamera, 13 MP-lik ön kamera və 25 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung Galaxy S24 smartfon seriyasının dəqiq təqdimat tarixi açıqlanıb
    samsung-galaxy-s24-smartfon-seriyasinin-deqiq-teqdimat-tarixi-aciqlanib
    Samsung Galaxy S24 Ultra-nın dəqiq ekran ölçüsü açıqlanıb
    samsung-galaxy-s24-ultra-nin-deqiq-ekran-olcusu-aciqlanib
    Samsung Galaxy S24 smartfonlarının ekran qoruyucuları ortaya çıxıb
    samsung-galaxy-s24-smartfonlarinin-ekran-qoruyuculari-ortaya-cixib
    Samsung Galaxy S22 smartfonları üçün OneUI 6.0-ın stabil versiyası istifadəyə verilib
    samsung-galaxy-s22-smartfonlari-ucun-oneui-60-in-stabil-versiyasi-istifadeye-verilib
    Samsung Galaxy S21 smartfonları üçün OneUI 6.0-ın 4-cü beta versiyası istifadəyə verilib
    samsung-galaxy-s21-smartfonlari-ucun-oneui-60-in-4-cu-beta-versiyasi-istifadeye-verilib