
Samsung Galaxy A25 5G-nin satış tarixi və qiyməti ortaya çıxıb
Cihazlar+
07.12.2023
Emil
Samsung şirkətinin yaxın zamanda təqdim edəcəyi smartfonlardan biri də Galaxy A25 5G-dir. Bir neçə gün bundan öncə sözügedən smartfonun fotoları ortaya çıxmışdı. Smartfon hələ rəsmi şəkildə təqdim olunmasa da onun nə zaman satışa çıxacağı və hansı qiymətə satılacağı barəsində məlumat ortaya çıxıb. Beləliklə ortaya çıxmış məlumata əsasən Galaxy A25 5G smartfonu 18 dekabr tarixində satışa çıxacaq. Bu isə o deməkdir ki, smartfon yaxın günlərdə təqdim oluna bilər. Bununla yanaşı məlumatda qeyd edilib ki, Galaxy A25 5G smartfonu 6.5 düym OLED ekran, Exynos 1280 prosessoru, 6/8 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 50 MP-lik əsas arxa kamera və 25 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Məlumata əsasən smartfonun 6 GB RAM və 128 GB yaddaşa sahib versiyası 320$-a satılacaq.
Paylaş
Ən çox oxunanlar

15 000-dən çox şagird Milli Hakatonun seçim mərhələsində iştirak edib.
