main-post-cover

    Samsung Galaxy A25 5G-nin texniki göstəriciləri və satış qiyməti təqdim edilib

    Cihazlar+
    14.11.2023
    Emil Nəcəfov
         Samsung şirkəti Galaxy A seriyasının yeni modeli olacaq Galaxy A25 5G üzərində hal hazırda aktiv şəkildə çalışır. İnsayderlər isə sözügedən smartfonun texniki göstəricilərini və satış qiymətini açıqlayıblar. Beləliklə onların sözlərinə əsasən Galaxy A25 5G smartfonu Full HD+ keyfiyyətli 6.5 düym ekranla təchiz olunacaq. Smartfon Exynos 1280 prosessoru vasitəsilə çalışacaq və özündə 50 MP + 8 MP + 2 MP üçlü arxa kamera ilə 13 MP-lik ön kameranı birləşdirəcək.
         Batareya həcminə gəldikdə isə smartfon 25 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyaya sahib olacaq. Məlumatda qeyd edilib ki, Galaxy A25 5G bazara iki versiyada satışa çıxacaq. Onlardan biri 6 GB RAM-a və 128 GB daxili yaddaş həcminə, digəri isə 8 GB RAM-a və 256 GB daxili yaddaş həcminə sahib olacaq. İnsayderlərin sözlərinə əsasən Galaxy A25 5G Avropa bazarında 300-400 avroya satılacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Məşhur insyader Galaxy S24 Ultra-nın növbəti render fotolarını təqdim edib
    meshur-insyader-galaxy-s24-ultra-nin-novbeti-render-fotolarini-teqdim-edib
    Samsung Galaxy Fit 3 smart qolbağının render fotoları ortaya çıxıb
    samsung-galaxy-fit-3-smart-qolbaginin-render-fotolari-ortaya-cixib
    Samsung birinci nəsil Galaxy Fold-un dəstəyini dayandırıb
    samsung-birinci-ne
    Samsung-un büdcəli qatlana bilən smartfonunun mümkün satış qiyməti açıqlanıb
    samsung-un-budceli-qatlana-bilen-smartfonunun-mumkun-satis-qiymeti-aciqlanib
    Samsung Gauss adlı generativ süni zəka sistemini təqdim edib
    samsung-gauss-adli-generativ-suni-zeka-sistemini-teqdim-edib