Samsung Galaxy A25 5G smartfonu Geekbench testlərindən keçib

Samsung Galaxy A25 5G smartfonu Geekbench testlərindən keçib

Mobil Cihazlar
12.09.2023 PAYLAŞIM

    Samsung şirkətinin hal hazırda üzərində çalışdığı smartfonlar arasında Galaxy A seriyasına daxil olacaq Galaxy A25 5G modeli var. Məlum olub ki, sözügedən smartfon Geekbench 6 testlərindən keçib. Bunun sayəsində Galaxy A25 5G barəsində bəzi məlumatlar ortaya çıxıb. Beləliklə Geekbench 6 məlumatlarına əsasən smartfon Exynos 1280 prosessoru ilə təchiz olunub. Geekbench testlərindən smartfonun 8 GB RAM-a sahib versiyası keçib və o, Android 14 əməliyyat sisteminə sahibdir.


    Galaxy A25 5G smartfonu Geekbench 6-nın bir nüvəli testi çərçivəsində 973 xal, çox nüvəli testi çərçivəsində isə 2106 xal toplayıb. Son məlumat sızıntılarına əsasən sözügedən smartfon 6.44 düym ekran, 50 MP + 5 MP + 2 MP üçlü arxa kamera və 25 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Galaxy A25 5G-nin nə zaman təqdim olunacağı hələ bilinmir.



DAHA ÇOX


Gələn il IP68 standartı üzrə sudan qorunan daha çox smartfon satışa çıxacaq..

Uzun illər ərzində IP68 standartı üzrə sudan qorunma özəlliyi Apple, Samsung və Sony smartfonlarında..


Huawei Mate 60 RS Ultimate Design smartfonunun ana platasının dəyişdirilməsi iPh..

Bir neçə gün bundan öncə Huawei şirkəti Mate 60 RS Ultimate Design adlı premium smartfonunu təqdim e..


Samsung Galaxy S23 FE-nin real fotosu ortaya çıxıb

Hələ təqdim edilməmiş Samsung Galaxy S23 FE smartfonunun real fotosu internetdə ortaya çıxıb...


iPhone 15 Pro-larda qızma problemi prosessorun zəiflədilməsi ilə aradan qaldırıl..

iPhone 15 Pro və iPhone 15 Pro Max smartfonlarının yüksək temperatura kimi qızmaları problemi artıq ..


Növbəti iPhone SE smartfonu iPhone 15-lərin özəlliklərini əldə edə bilər..

Macrumors saytı növbəti iPhone SE barəsində yeni məlumatları əldə edib.


Google Pixel 8 Pro-nun real fotoları və satış tarixi ortaya çıxıb

Dünən internetdə Google Pixel 8 smartfonlarının bütün texniki göstəriciləri ortaya çıxmışdı. İndi is..

×