Logo
    main-post-cover

    Samsung Galaxy A25 smartfonu barəsində yeni məlumatlar ortaya çıxıb

    Cihazlar+
    24.08.2023
    Emil
        İyun ayında məlumat ortaya çıxmışdı ki, Samsung şirkəti Galaxy A seriyasına daxil olacaq Galaxy A25 smartfonu üzərində çalışır. İndi isə internetdə sözügedən smartfon barəsində bəzi məlumatlar ortaya çıxıb. Ortaya çıxmış məlumatlara əsasən Galaxy A25 smartfonu üçlü arxa kamera ilə təchiz olunacaq və onlardan ən əsası 50 MP-lik olacaq. Yerdə qalan iki kameradan biri isə 13 MP-lik olacaq. Bununla yanaşı məlumatlarda qeyd edilib ki, smartfon 6.44 düym ekran ilə təchiz olunacaq və 5G dəstəyinə sahib olacaq. Smartfon özündə naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi və yandırıb/söndürmə düyməsinə inteqrasiya edilmiş barmaq izi skanı texnologiyasını birləşdirəcək. Galaxy A25-in nə zaman təqdim olunacağı bilinmir.
    Paylaş
    Bənzər xəbərlər