main-post-cover

    Samsung Galaxy A25 təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    12.12.2023
    Emil Nəcəfov
         Samsung şirkəti Galaxy A15-dən əlavə olaraq Galaxy A seriyasının daha bir modelini təqdim edib. Söhbət, Galaxy A25-dən gedir. Galaxy A25 modeli xarici görünüşcə Galaxy A15-in kopyasıdır. Lakin bəzi texniki göstəricilər baxımından smartfonlar fərqlənirlər. Beləliklə Galaxy A25 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.5 düym AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1000 nit təşkil edir və onun yuxarı mərkəz hissəsində ön kamera üçün damcı formalı çıxıntı yerləşdirilib. Galaxy A25 smartfonu Exynos 1280 prosessoru vasitəsilə çalışır. O özündə 6/8 GB RAM-ı, 128 GB daxili yaddaş həcmini, 50 MP + 8 MP + 2 MP üçlü arxa kameranı, 13 MP-lik ön kameranı və 25 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı birləşdirir. Smartfon qutudan OneUI 6.0 interfeysli Android 14 vasitəsilə çalışır. Galaxy A25 yaxın zamanda satışa çıxacaq və onun qiyməti 270$-dan start götürəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung Galaxy A15 təqdim edilib - QİYMƏTİ
    samsung-galaxy-a15-teqdim-edilib-qiymeti
    Samsung Galaxy M34 üçün Android 14 əsaslı OneUI 6.0-ın stabil versiyası istifadəyə verilib
    samsung-galaxy-m34-ucun-android-14-esasli-oneui-60-in-stabil-versiyasi-istifadeye-verilib
    Samsung Galaxy F34 üçün Android 14 əsaslı OneUI 6.0-ın stabil versiyası istifadəyə verilib
    samsung-galaxy-f34-ucun-android-14-esasli-oneui-60-in-stabil-versiyasi-istifadeye-verilib
    Samsung OneUI 6.1-i test etməyə başlayıb
    samsung-oneui-61-i-test-etmeye-baslayib
    Samsung Galaxy Fit 3 smart qolbağının nə zaman təqdim olunacağı barəsində məlumat verilib
    samsung-galaxy-fit-3-smart-qolbaginin-ne-zaman-teqdim-olunacagi-baresinde-melumat-verilib