main-post-cover

    Samsung Galaxy A33 5G və A53 5G smartfonları təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    17.03.2022
    Emil Nəcəfov
        Samsung şirkəti Galaxy A seriyasının 2 yeni smartfon modelini təqdim edib. Söhbət, Galaxy A33 5G Galaxy A53 5G smartfonlarından gedir. Sözügedən smartfonlar xarici görünüşcə bir-birilərinə bənzəsələr də texniki göstəricilər baxımından fərqlənirlər. Galaxy A33 5G modeli 90 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.4 düym Super AMOLED ekran ilə təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş damcı formalı çıxıntı yerləşdirilib. Bununla yanaşı ekran Gorilla Glass 5 qoruyucu şüşəsi ilə əhatə edilib və barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib.
        Smartfonun gövdəsi IP67 standartı üzrə sudan qorunur və özündə stereo səsgücləndiriciləri birləşdirir. Kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çip də smartfonda mövcuddur. Əsas texniki göstəricilərə gəldikdə isə Galaxy A33 5G smartfonu 8 nüvəli 5 nanometrlik Exynos 1280 prosessoru, 6/8 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 48 MP + 8 MP + 5 MP + 2 MP dördlü arxa kamera, 13 MP-lik ön kamera və 25 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon OneUI 4.1 interfeysli Android 12 vasitəsilə çalışır. Galaxy A33 5G modeli 369 avrodan başlayan qiymətlə satışa çıxıb.
        Galaxy A53 5G modelinə gəldikdə o, 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.5 düym Super AMOLED ekran ilə təchiz olunub. Smartfon ekranının yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Ekran həmçinin Gorilla Glass 5 qoruyucu şüşəsi ilə əhatə edilib və barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya edilib.
        Galaxy A53 5G-nin də gövdəsi IP67 standartı üzrə sudan qorunur və özündə stereo səsgücləndiriciləri birləşdirir. Kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çip də mövcuddur. Əsas texniki göstəricilər baxımından smartfon Exynos 1280 prosessoru, 6/8 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 64 MP + 12 MP + 5 MP + 5 MP dördlü arxa kamera, 32 MP-lik ön kamera və 25 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon OneUI 4.1 interfeysli Android 12 vasitəsilə çalışır. Galaxy A53 5G modeli 449 avrodan başlayan qiymətlə satışa çıxıb.
    Linki kopyala