main-post-cover

    Samsung Galaxy A34 ilə A54 təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    15.03.2023
    Farid Pardashunas
        Samsung rəsmi şəkildə Galaxy A seriyasının yeni smartfonlarını təqdim edib. Söhbət, Galaxy A34A54 modellərindən gedir. Yeni smartfonlar arxa paneldən bir-birinə bənzəyirlər. Lakin ön panel və texniki göstəricilər baxımından smartfonlar fərqlənirlər. İlk növbədə Galaxy A34-dən başlayaq Galaxy A34 modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.6 düym AMOLED ekran ilə təchiz olunub. Ekranın yuxarı hissəsində ön kamera üçün nəzərdə tutulmuş damcı formalı çıxıntı yerləşdirilib. Smartfonun gövdəsi həmçinin IP67 standartı üzrə sudan qorunur və özündə kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirir.
        Əsas texniki göstəricilərə gəldikdə isə Galaxy A34 modeli MediaTek Dimensity 1080 prosessoru, 6/8 GB RAM, 128/256 GB daxili yaddaş həcmi (microSD dəstəkli), 48 MP + 8 MP + 5 MP üçlü arxa kamera, 13 MP-lik ön kamera və 25 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Galaxy A34 OneUI 5.1 interfeysli Android 13 vasitəsilə çalışır. Smartfonun satışlarına Avropa bazarında yaxın günlərdə start veriləcək. 6 GB RAM-a və 128 GB yaddaşa sahib model 389 avroya, 8 GB RAM-a və 256 GB yaddaşa sahib model isə 459 avroya satılacaq.
        Galaxy A54-ə gəldikdə isə sözügedən smartfon xarici görünüşcə Galaxy S23-ü xatırladır. Lakin bununla belə Galaxy A54 modelinin ekranı Galaxy S23-ün ekranı kimi nazik çərçivələrə sahib deyil. Smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.4 düym AMOLED ekran ilə təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Smartfonun gövdəsi IP67 standartı üzrə sudan qorunur və özündə kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çip ilə stereo səsgücləndiriciləri birləşdirir.
        Əsas texniki göstəricilərə gəldikdə isə Galaxy A54 modeli Exynos 1380 prosessoru, 6/8 GB RAM, 128/256 GB daxili yaddaş həcmi (1TB-a kimi microSD dəstəkli), 50 MP + 12 MP + 5 MP üçlü arxa kamera, 32 MP-lik ön kamera və 25 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Galaxy A34 kimi Galaxy A54 də OneUI 5.1 interfeysli Android 13 vasitəsilə çalışır. Smartfon yaxın günlərdə Avropa bazarında satışa çıxacaq. 6 GB RAM-a və 128 GB yaddaşa sahib versiya 490 avroya, 8 GB RAM-a və 256 GB yaddaşa sahib versiya isə 550 avroya satılacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər