
Bir neçə müddət bundan öncə Samsung şirkəti flaqman smartfonlarını daha uzun müddət ərzində dəstəkləyəcəyini elan etmişdi. İndi isə məlum olub ki, şirkət həmçinin özünün orta büdcəli smartfonlarını da uzun müddət ərzində dəstəkləyəcək. Söhbət, dünən təqdim edilmiş Galaxy A34 və A54 smartfonlarından gedir. Samsung rəsmi olaraq bildirib ki, sözügedən smartfonlar minimum 4 Android yenilənməsini əldə edəcəklər. Hal hazırda bu smartfonlar Android 13 vasitəsilə çalışırlar. Samsung-un bəyanatından belə qənaətə gəlmək olar ki, Galaxy A34 və A54 modelləri dəqiq şəkildə Android 14, Android 15, Android 16 və Android 17-ni əldə edəcəklər. Bundan əlavə olaraq Samsung söz verib ki, sözügedən smartfonlar 5 il ərzində Google şirkətinin təhlükəsizlik yenilənmələrini əldə edəcəklər.
Şərh yoxdur