main-post-cover

    Samsung Galaxy A34 və A54 smartfonlarının nə zaman təqdim olunacaqları məlum olub

    Cihazlar+
    02.03.2023
    Farid Pardashunas
        Samsung hal hazırda Galaxy A seriyasının yeni modelləri üzərində çalışır. Galaxy A seriyasının təqdimata hazırlaşan modelləri arasında Galaxy A34A54 var. Sözügedən smartfonlar barəsində son zamanlar daha çox məlumat ortaya çıxır. İndi isə OneLeaks ləqəbli məşhur insayder Galaxy A34 ilə A54-ün nə zaman təqdim olunacağı barəsində məlumat verib. Beləliklə insayderin verdiyi məlumata əsasən Samsung bu smartfonları 15 mart tarixində təqdim edə bilər. Əgər bu həqiqətən də belərdirsə, deməli şirkət yaxın günlərdə bu smartfonların tizer materiallarını paylaşmağa başlayacaq.
        Son məlumat sızıntılarına əsasən Galaxy A34 modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.6 düym AMOLED ekran ilə təchiz olunacaq. Smartfon MediaTek Dimensity 1080 prosessoru vasitəsilə çalışacaq və özündə 8 GB RAM-ı, 256 GB daxili yaddaş həcmini, əsas kamerası 48 MP-lik olacaq üçlü arxa kameranı, 13 MP-lik ön kameranı və 5000 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Galaxy A54 modelinə gəldikdə isə o, Galaxy A34-də olan ekran növünü əldə edəcək, lakin onun ölçüsü 6.4 düym təşkil edəcək. Bununla yanaşı Galaxy A54 modeli Samsung-un Exynos 1380 adlı yenin prosessoru vasitəsilə çalışacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər