Logo
    main-post-cover

    Samsung Galaxy A35 5G-nin render fotoları təqdim edilib

    Cihazlar+
    22.11.2023
    Emil
         OnLeaks ləqəbli məşhur insayder Mysmartprice saytı ilə birgə Samsung şirkətinin hazırladığı Galaxy A35 5G smartfonunun render fotolarını təqdim edib. Təqdim edilmiş render fotolardan da görmək olar ki, Galaxy A35 5G xarici görünüşcə hal-hazırda aktual olan Galaxy A34 5G-yə bənzəyəcək. Sadəcə olaraq Galaxy A34 5G-dən fərqli olaraq Galaxy A35 5G modeli Infinity-U ekran əvəzinə Infinity-O ekranı əldə edəcək. Arxa paneldən isə smartfon 3 ədəd kamera obyektivinə sahib olacaq. Texniki göstəricilərə gəldikdə, smartfonun 6.6 düym ekran, 50 MP-lik əsas arxa kamera və 13 MP-lik ön kamera ilə təchiz olunacağı gözlənilir. Galaxy A35 5G ya MediaTek ya da Qualcomm prosessoru vasitəsilə çalışacaq. Çox güman ki, smartfon 2024-cü ilin birinci yarısında təqdim olunacaq.
    Paylaş