
Samsung Galaxy A35 barəsində ilk məlumatlar ortaya çıxıb
Cihazlar+
26.09.2023
Emil Nəcəfov
Samsung mart ayında Galaxy A34 smartfonunu təqdim etmişdi. İndi isə şirkət aktiv şəkildə onun davamçısı üzərində çalışır. Söhbət, Galaxy A35-dən gedir. Ortaya çıxmış məlumatlara əsasən Galaxy A35 smartfonu 50 MP-lik əsas arxa kamera ilə təchiz olunacaq. Onu geniş bucaqlı obyektiv və makro obyektiv tamamlayacaq. Yəni smartfon üçlü arxa kameraya sahib olacaq. Ön kameraya gəldikdə isə Galaxy A35 smartfonu 13 MP-lik ön kamera ilə təchiz olunacaq. Smartfon barəsində digər bir məlumat yoxdur. Onun nə zaman təqdim olunacağı da bilinmir. Lakin çox güman ki, bu, artıq gələn il baş tutacaq.
Linki kopyala
Həftənin xəbərləri

