main-post-cover

    Samsung Galaxy A35 təqdimata hazırlaşır

    Cihazlar+
    30.01.2024
    Emil Nəcəfov
           Biz artıq dəfələrlə bildirmişik ki, Samsung şirkəti hal-hazırda Galaxy A seriyasının yeni smartfonlarını təqdim etməyə hazırlaşır. Onlardan biri də Galaxy A35 olacaq. Məlum olub ki, Galaxy A35 smartfonu Samsung-un saytının texniki dəstək bölməsində ortaya çıxıb. Şirkətin saytında smartfonun model nömrəsi SM-A356E/DS kimi qeyd edilib.
         Galaxy A35-in Samsung saytında ortaya çıxması onun yaxın zamanda təqdim olunacağına işarə edir. Samsung saytında smartfonun texniki imkanları əks olunmasa da, daha öncəki məlumat sızıntılarına əsasən o, 6.6 düym ekranla təchiz olunacaq, Exynos 1480 prosessoru vasitəsilə çalışacaq, 50 MP-lik əsas arxa kamera ilə 13 MP-lik ön kameranı əldə edəcək və özündə 25 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı birləşdirəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung Galaxy S24 smartfonları Baidu-nun süni zəka əsaslı çat-botunu əldə edəcəklər
    samsung-galaxy-s24-smartfonlari-baidu-nun-suni-zeka-esasli-cat-botunu-elde-edecekler
    Samsung hərəkətli ekrana sahib kvadrat formalı smartfonu patentləşdirib
    samsung-hereketli-ekrana-sahib-kvadrat-formali-smartfonu-patentlesdirib
    Samsung Galaxy S24 Ultra-nın təmir olunma mümkünlüyü qiymətləndirilib (VİDEO)
    samsung-galaxy-s24-ultra-nin-temir-olunma-mumkunluyu-qiymetlendirilib-video
    Exynos 2400 ilə Dimensity 9300-ün qrafik çipləri müqayisə edilib
    exynos-2400-ile-dimensity-9300-un-qrafik-cipleri-muqayise-edilib
    Samsung Galaxy A55-in əsas özəlliklərindən biri məlum olub
    samsung-galaxy-a55-in-esas-ozelliklerinden-biri-melum-olub