
Samsung Galaxy A36 5G və A56 5G-nin hansı gücdə sürətli şarj texnologiyasının dəstəyini əldə edəcəkləri məlum olub
Cihazlar+
13.01.2025
Emil
Samsung şirkəti hal-hazırda Galaxy A seriyasının Galaxy A36 5G və Galaxy A56 5G smartfonları üzərində çalışır. Sözügedən smartfonlar sertifikatlaşdırma agentliklərindən birində qeydiyyatdan keçiblər. Nəticədə onların vacib özəlliklərindən biri məlum olub. Beləliklə sertifikatlaşdırma agentliyinin məlumatlar bazasına əsasən hazırlanan bu yeni smartfonlar 45 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyini əldə edəcəklər.
Müqayisə üçün qeyd etmək lazımdır ki, Galaxy A35 və Galaxy A55 smartfonlarında yalnız 25 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyi reallaşdırılmışdı. Bundan əlavə olaraq məlumatda qeyd edilib ki, Galaxy A35 5G smartfonu Snapdragon 6 Gen 3 prosessoru vasitəsilə çalışacaq və özündə minimum 6 GB RAM-ı birləşdirəcək. Galaxy A56 5G-yə gəldikdə isə gözləntilərə əsasən o, Exynos 1580 prosessoru vasitəsilə çalışacaq və 8 GB RAM-ı əldə edəcək.
Paylaş
Ən çox oxunanlar

Starship-in gələn il Marsa göndərilməsi ehtimalı 50% təşkil edir
