main-post-cover

    Samsung Galaxy A54 smartfonu təqdimata hazırlaşır

    Cihazlar+
    09.11.2022
    Farid Pardashunas
        Verilmiş məlumata əsasən Samsung şirkətinin Galaxy A54 smartfonu yaxın zamanda təqdim olunacaq. Məsələ burasındadır ki, sözügedən smartfon Çinin 3C adlı orqanında sertifikatlaşdırmadan keçib. Bu isə smartfonun yaxın zamanda təqdim olunacağına işarə edir. Hər halda Galaxy A52 A53 smartfonları sertifikatlaşdırma prosesindən 2 ay sonra satışa çıxmışdılar.
        Əgər bu tendensiya olduğu kimi qalsa, Galaxy A54 smartfonu yanvar ayının əvvəlində təqdim oluna bilər. Məsələn Samsung bu smartfonu yanvar ayında keçiriləcək CES 2023 sərgisində təqdim edə bilər. Galaxy A54 ilə yanaşı həmçinin Galaxy A74 Galaxy A34 smartfonlarının təqdimatlarını da gözləmək olar. Son məlumatlara əsasən Galaxy A54 modeli 25 vatt gücündə sürətli şarj texnologiyasına sahib 5100 mAh enerji tutumlu batareya və 50 MP-lik əsas arxa kamera ilə təchiz olunacaq. Smartfonun hansı prosessor vasitəsilə çalışacağı barəsində bir məlumat yoxdur.
    Linki kopyala