
Samsung Galaxy A54 smartfonu üçün proqram təminatı yenilənməsi istifadəyə verilib
Qatlana bilən Samsung Galaxy Z Fold 5 və Z Flip 5 smartfonları ilə yanaşı Samsung şirkəti həmçinin proqram təminatı yenilənməsini Galaxy A54 smartfonu üçün də istifadəyə verib. Sözügedən smartfon üçün yenilənmə A546VSQS5AWI1 nömrəsi altında istifadəyə verilib və o, ilk növbədə ABŞ-dakı istifadəçilər üçün aktivdir. Lakin yaxın zamanda proqram təminatı yenilənməsi Galaxy A54-ün digər ölkələrdəki istifadəçiləri üçün də aktiv olacaq. İstifadəyə verilmiş proqram təminatı yenilənməsi Galaxy A54-ə yeni funksiyalar əlavə etməsə də, onda olan sistem səhvlərini aradan qaldırır və smartfona Google şirkətinin aktual təhlükəsizlik yenilənməsini əlavə edir.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...