
Samsung Galaxy A55 5G smartfonu Geekbench testlərindən keçib
Cihazlar+
22.11.2023
Emil
Dünən məlum oldu ki, Samsung Galaxy A55 5G smartfonu Çinin 3C adlı sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında ortaya çıxıb. Bu isə smartfonun təqdimata hazır olduğundan xəbər verir. Bununla yanaşı sertifikatlaşdırma agentliyinin məlumatlar bazası sayəsində məlum oldu ki, Galaxy A55 5G smartfonu 25 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyinə sahib olacaq. İndi isə sözügedən smartfon Geekbench testlərindən keçib.

Bunun sayəsində smartfonun bəzi texniki imkanları məlum olub. Beləliklə Geekbench testlərinə əsasən Galaxy A55 5G smartfonu Snapdragon 7 Gen 1 prosessoru vasitəsilə çalışacaq. Bundan əlavə olaraq smartfon 8 GB RAM-ı əldə edəcək və qutudan Android 14 əməliyyat sisteminə sahib olacaq. Smartfon Geekbench-in bir nüvəli testi çərçivəsində 3575 xal, çox nüvəli testi çərçivəsində isə 11330 xal toplayıb. Çox güman ki, Galaxy A55 5G gələn ilin əvvəlində təqdim olunacaq.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
